\

\"Zirə\" \"Şamaxı\"ya QALİB GƏLDİ 

Hazırda oxunan: \"Zirə\" \"Şamaxı\"ya QALİB GƏLDİ 

98038

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. 

Bizim.Media xəbər verir ki, günün yeganə oyununda "Zirə" "Şamaxı"nı qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. "Qartallar"ın yeganə qolunu 72-ci dəqiqədə Dmitrios Çantakias vurub.

Bu nəticə ilə xallarının sayını 16-ya çatdıran paytaxt təmsilçisi 4-cü pilləyə yüksəlib. 2 xala malik "Şamaxı" isə sonuncu - 10-cu sıradadır.

Qeyd edək ki, IX turun "Səbail" - "Sumqayıt", "Neftçi" - "Turan Tovuz" matçları oktyabrın 8-də, "Qəbələ" - "Qarabağ", "Sabah" - "Kəpəz" görüşləri isə oktyabrın 9-da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO