Azərbaycan Ermənistan üzərində qələbədən Avropaya dönüş etdi – Qurban Qurbanovun BƏY OBRAZI

Azərbaycan Ermənistan üzərində qələbədən Avropaya dönüş etdi – Qurban Qurbanovun BƏY OBRAZI

Hazırda oxunan: Azərbaycan Ermənistan üzərində qələbədən Avropaya dönüş etdi – Qurban Qurbanovun BƏY OBRAZI

97934

Dünən Qərbdə Azərbaycan günü idi.  Azərbaycan bütün Avropada özündən söz etdirdi. Günün birinci yarısı Azərbaycan lideri Praqada keçirdiyi möhtəşəm görüşlər və etdiyi açıqlamalarla Avropada deyil, bütün dünyada gündəm yaratdı. Günün sonunda isə “Qarabağ” futbol komandası Preyi fəth etdi. 

“Olimpiakos” -“Qarabağ” oyunu niyə prinsipial əhəmiyyət daşıyırdı?

Amma kim nə deyir desin. Bu iki hadisənin eyni gündə baş verməsi təsadüf deyildi. Çünki, Azərbaycan bütün sahələrdə hücum taktikası seçib. Çünki, “ən yaxşı müdafiə elə hücumdur”.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərkeşlərin oyunçulara böyük təzyiqi var idi" - Qurban Qurbanov  


Son 30 ildə müdafiə taktikasının səmərsiz olmasının çox acısını yaşamışıq. Ona görə də bu gün bütün fəaliyyət sahələrində hücuma keçmişik. Elə idmanda da. Etiraf edək ki, Avropada bizi heç zaman futbol ölkəsi kimi tanımayıblar. Amma son illər təkcə “Qarabağ”ın simasında bu streotipləri qırdıq. Və davamlı şəkildə Avropaya gücümüzü meydançalarda göstəririk.

“Qarabağ”ın “Olimpiakos” üzərindəki səfər qələbəsi də bunun növbəti sübutudur. Əslində bu qarşılaşma idman yarışmasından daha çox siyasi çəkişmənin pir parçası idi. Məhz buna görə də “Olimpiakos” – “Qarabağ” qarşılaşması bütün Qərbin diqqət mərkəzində idi.
Təsadüfi deyil ki, bu oyunu dünyanın 114 stasionar və internet televiziyaları canlı yayımlayırdı.Həmin televiziyaların içində  EXXEN (Türkiyə), TV2 (Danimarka), BT Sport (Böyük Britaniya), DAZN (Kanada), Migu (Çin), Blue Sport (Lixtenşteyn), Arena Sport 1 (Serbiya), Stan Sport (Avstraliya) kimi dünyaca məşhur kanalları vardı. Amma bu oyuna ən çox diqqət edən yunan və ermənilərin nəzarətində olan televiziya kanalları vardı. 

Yunan-erməni “həmrəyliyi” suya düşdü

Və türklərlə əbədi düşmənçilik siyasəti yeridən yunan-erməni cütlüyünün bu oyun üzərində qurmaq istədiyi şou fiaskoya uğradı. Qurban Qurbanovun yetirmələrinin sərgilədiyi oyun yunan-erməni “həmrəyliyi”nin üzərinə soyuq su atdı. Bütün məkrli planlar pozuldu. Xüsusən də, ermənilər zənn edirdilər ki, azərbaycanlılar Yunanıstanda biabırçı şəkildə uduzacaqlar və onlar da bunun keyfini çıxardacaqlar. Amma bu bəd niyyətləri ürəklərində qaldı.

“Qarabağ” “Olimpiakosu” darmadağın etməklə Azərbaycanın şanına şan qatdı. Yayılan məlumatlarda deyilir ki, Ermənistandakı internet televiziyası ilə yayımlanan matç 68-ci dəqiqəsində canlı yayım dayandırılıb. Çünki, məhz bu dəqiqədə “Qarabağ” rəqib qapısına ilk dəfə yol tapdı. Və cəmi 18 dəqiqə ərzində yunan komandası darmadağın oldu.
Yunanıstanın tanınmış idman kanalları isə oyunun 86-cı dəqiqəsində Ramil Şeydayevin mükəmməl qolundan sonra yayımı qaldırıblar. Sonrakı dəqiqələrdə isə həmin kanallar “Roma”-“Betis” qarşılaşmasını yayımlamağa başlayıblar. Bu isə artıq biabırçılığın və utancın son həddi idi.

“Qarabağ” komanda kimi xarakter göstərdi

Nəzərə alaq ki, oyun da gərgin atmosferdə keçdi. Oyun başlamazdan əvvəl yunanlar azərbaycanı azərkeşlərə hücum etdilər. Oyun boyu isə müxtəlif şüarlar səsləndirdilər. Amma “Qarabağ” komandası bu basqılardan sarsılmadı. Əksinə, Qurban Qurbanov demişkən bu təzyiq oyunçularımıza əlavə motivasiya oldu. Təsadüfi deyil ki, Şeydayev vurduğu qoldan sonra soydaşlarımızın əyləşdiyi tribunalar tərəfə deyil, yunan azarkeşlərin gur toplaşdığı tribunaya tərəf qaçdı. Və üzü tribunaya müxtəlif əl hərəkətləri etdi. Bu isə artıq bir oyunçu hərəkəti yox, bir vətəndaş yanğısı, bir vətəndaş üsyanı idi.

Qurban Qurbanovun azərbaycanlı xarakteri

Bu oyun haqqında mütəxəssislər hələ çox danışacaq. Amma bütün danışıqlardan bir qırmızı xətt keçəcək. Bu qələbənin memarı Qurban Qurbanov idi. Hər zaman təmkinli görünən Qurban müəllim oyunun əvvəlində çox həyəcanı idi. Və deyərdik ki, risq edib belə bir vacib oyuna əsasən milli oyunçuları çıxartmışdı. Oyun başlayanda meydandakı oyunçulardan 6-ı milli idisə, oyunun sonunda artıq 8 nəfər azərbaycanlı döyüşürdü. Bu isə Avropaya Azərbaycan futbolunun diqtəsi idi. Yəni Qərbə “gözləyin, Azərbaycan futbolu gəlir” mesajı idi. 

Oyundakı maraqlı məqamlardan biri də Qurban Qurbanovun Ramil Şeydayevin vurduğu qola göstərdiyi emosional reaksiya idi. Hər zaman qələbələri soyuqqanlılıq və təvazökarlıqla qarşılayan Qurban müəllim bu dəfə öz hisslərini gizlədə bilmədi. Bəlkə də bunun yeganə səbəbi yunanların qapısına həlledici qolun məhz azərbaycanlı bir oyunçunun vurması idi.
Oyunun sonunda isə çalışdırıcımız daha bir təqdirəlayiq hərəkət etdi. Adətən oyun qurtaran kimi baş məşqçilər sürətlə geyinib-soyunma otaqlarına gedirlər. Amma Qurban Qurbanov ötən gecə bunun tam əksini etdi. Hər bir futbolçusunu geyinib-soyunma otağına ötürdü, sonda isə tunelə özü daxil oldu. Bu isə artıq tipik azərbaycanlı kişisinə xas hərəkət idi. Bu hərəkəti ilə Qurban Qurbanov Cahandar ağanın, Kərbalayı İsmayılın, Abbasqulu bəy Şadlinskininin hələ də var olduğunu sübut etdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO