"Real"ın prezidentindən HƏYƏCAN TƏBİLİ: “Futbol dünyada liderliyini itirir” 

Hazırda oxunan: "Real"ın prezidentindən HƏYƏCAN TƏBİLİ: “Futbol dünyada liderliyini itirir” 

97223

"Real"ın prezidenti Florentino Peres  futbola marağın azaldığını düşünür. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, bununla bağlı narahatlığını dilə gətirib. 

"Problemi həll etmək üçün onun mövcud olduğunu etiraf etmək lazımdır. Bu, həll yolunu tapmaqdan ötrü yeganə yoldur.

Bizim sevimli idman növü xəstədir, futbol dünyada liderliyini itirir. Gənclər getdikcə futbolla daha az maraqlanır. Çox gec olmadan bunu dayandırmalıyıq. 
Yeni nəsillər digər əyləncə növlərinə, məsələn, video oyunlara üstünlük verirlər. Keyfiyyətli məhsul istəyirlər, amma futbol onu təklif edə bilmir. Çünki hazırkı turnirlər son mərhələlərə qədər maraq yaratmır",- deyə Peres bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO