AFFA İntizam Komitəsi ötən tur "Qarabağ"la oyunda qırmızı vərəqə alan "Sabah"ın baş məşqçisi Murad Musayevlə bağlı qərar verib.
Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqiçi onun üçün ayrılmış texniki zonanı tərk edərək birinci köməkçi hakimə etiraz etməsinə görə 1 oyunluq cəzalandırılıb.
"Sabah" isə buna görə 800 manat cərimə olunub.
Bundan əlavə, sözügedən matçın 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşlərinin meydana daxil olmasına görə klub 1600 manat cərimələnib.
"Sabah"ın futbolçusu Abdulaye Ba oyunun 43-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalandırılıb. Bu hərəkətə görə klub 200 manat ödəməli olacaq. Komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cəza kəsilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:15 / 16.09.2022
AFFA-dan baş məşqçi və futbolçuya SƏRT CƏZA
Hazırda oxunan: AFFA-dan baş məşqçi və futbolçuya SƏRT CƏZA
Hazırda oxunan: AFFA-dan baş məşqçi və futbolçuya SƏRT CƏZA
94220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.