Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir

Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir

94100

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeddinci tura start veriləcək. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək. 

Günün ilk matçında "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Hazırda paytaxt klubu 13 xalla turnir cədvəlində üçüncü sırada qərarlaşıb. Bölgə təmsilçisi isə 10 xalla dördüncüdür. Komandalar bunadək Premyer Liqada üz-üzə gəlməyiblər. 
Günün digər oyununda isə 15 xalla turnir cədvəlində ikinci pillədə yer alan "Neftçi" 5 xalla 7-ci sırada gedən "Səbail"in qonağı olacaq.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə qarşılaşıblar. Bunların 14-də "Neftçi", 2-də isə "Səbail" qələbə qazanıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də “Neftçi”nin aşkar üstünlüyü var - 41:11.

Sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO