Azərbaycan millisi Avropa çempionatının FİNAL mərhələsində

Azərbaycan millisi Avropa çempionatının FİNAL mərhələsində

Hazırda oxunan: Azərbaycan millisi Avropa çempionatının FİNAL mərhələsində

93169

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.

Bizim.Media Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, yığmamız buna təsnifat mərhələsinin son turunun oyununda nail olub.

D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriya ilə səfərdə keçirilən qarşılaşma başa çatmamış 2-ci yeri təmin edib. İlk iki setdə 25:14 və 25:20 hesabı ilə qələbə qazanan voleybolçularımız bu görüşdə ən azı 1 xal əldə edəcək.
Bununla da yığmamız Avstriya üçün əlçatmaz olub. Qarşılaşmadan öncə 9 xala malik komandamız rəqibini 2 xal qabaqlayırdı.

Millimiz hamısı ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni AVRO-2005-də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.

Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan AVRO-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.

Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya, 4-cü pilləni Gürcüstan tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO