İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu

İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu

Hazırda oxunan: İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu

91929

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (+90 kq, J1) 8-ci dəfə Avropa çempionu olub. 

Bizim.Media xəbər verir ki, o, İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionumuz 8-ci dəfə Avropanın ən güclüsü olub.

Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla Avropa çempionatını ümumilikdə 6 medalla tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO