Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində finalçıların adları bəlli olub.
Bizim.Media xəbər verir ki, Bağır Əlimxanlı (46 kq) və Banuçiçək Nəsirli (44 kq) Avropa birinciliyini bürünc medalla bitiriblər.
Yarımfinalda müvafiq olaraq Mixael Xames (İngiltərə) və Crinnion Lauren Doerti (İrlandiya) qalib gələrək finala yüksəldiklərindən boksçularımız 3-cü yerlə kifayətləniblər.
Beləliklə, avqustun 20-də baş tutacaq final görüşlərində Azərbaycanın 2 boksçusu çempionluq döyüşünə çıxacaq. Sübhan Babayevlə yanaşı, Əli Məmişov (70 kq) da qızıl medal uğrunda qüvvəsini sınayacaq. Onun rəqibi Giorgi Biqvava (Gürcüstan) olacaq.
Qeyd edək ki, daha öncə Kənan Aslanlı (60 kq) komandamıza bürünc medal qazandırıb.
Bizim.Media