Basketbol millimiz yarımfinalda - Avropa çempionatı 

Basketbol millimiz yarımfinalda - Avropa çempionatı 

Hazırda oxunan: Basketbol millimiz yarımfinalda - Avropa çempionatı 

85936

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki,  C divizionundakı B qrupunda yer alan millimiz sonuncu matçında Moldova ilə qarşılaşıb və 75:66 hesabı ilə qalib gəlib.

Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn yığmamız yarımfinala yüksəlib. 

Milli komandanın yarımfinaldakı rəqibi A qrupunda keçiriləcək Albaniya - Andorra görüşünün qalibi olacaq. İyulun 30-da oynanılacaq yarımfinal görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Qeyd edək ki, yığma bundan əvvəl "Lüksemburq"a 75:71, Cəbəllütariqə 115:60, Ermənistana 76:65 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO