AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2018-ci il sentyabrın 14-dən etibarən Hakimlər Komitəsinin sədri vəzifəsində çalışmış Fritz Stuchlikə fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.
Məlumatda qeyd olunub ki, Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media