Premyer Liqada mövsümün bombardiri Kadi oldu

Premyer Liqada mövsümün bombardiri Kadi oldu

Hazırda oxunan: Premyer Liqada mövsümün bombardiri Kadi oldu

75546

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu, "Qarabağ"ın futbolçusu Kadi Borqesdir. Braziliyalı oyunçu ölkə çempionatının sonuncu turunda "Neftçi" ilə matçda (4:1) fərqlənərəq bu mövsüm Premyer Liqada vurduğu qolların sayını 12-ə yüksəldib

Bununla da o, 11 qol vuran komanda yoldaşları Filip Ozobiç, İbrahima Vadjini, "Sabah"dan Coy-Lens Mikelsi və "Zirə"dən Davit Volkovu geridə qoyub.

Qeyd edək ki, K.Borqes ötən ilin iyunundan Ağdam təmsilçisində oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO