UEFA-nın Avropa çempionatı ilə bağlı YENİ PLANI - Say yenə artırılır

UEFA-nın Avropa çempionatı ilə bağlı YENİ PLANI - Say yenə artırılır

Hazırda oxunan: UEFA-nın Avropa çempionatı ilə bağlı YENİ PLANI - Say yenə artırılır

63846

UEFA Böyük Britaniya və İrlandiyada keçirilməsi gözlənilən “Avro-2028”də komanda sayını 24-dən 32-ə qaldırmaq fikrindədir.

Bizim.Media xəbər verir ki, bu haqda Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilir ki, qitənin ali futbol qurumu 55 üzv ölkədən 32-sini final mərhələsində görmək istəyir və bununla əlaqədar yerli federasiyalarla ilkin müzakirələr aparılıb.


İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının sədri Maeta Molanqa isə bu ideyaya qarşı çıxıb.

Onun fikrincə, komanda sayının artması oyunların keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq, bundan futbolçular və azarkeşlər əziyyət çəkəcək:

“Biz ondan narahatıq ki, futbolçular hər şeyi ən sonda öyrənir. Son Avropa çempionatında çıxış edən futbolçuların çoxu İngiltərədə oynayır. Düşünürük ki, onlar mümkün diskussiyalarda fəal rol oynayacaqlar” - deyə o bildirib. 

Qeyd edək ki, hələlik məsələ ilə bağlı UEFA açıqlama verməyib.

Xatırladaq ki, UEFA "Avro-2016"da komanda sayını 16-dan 24-ə yüksəldib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO