Cüdo millimizdə alman baş məşqçi - TƏYİNAT 

Cüdo millimizdə alman baş məşqçi - TƏYİNAT 

Hazırda oxunan: Cüdo millimizdə alman baş məşqçi - TƏYİNAT 

62297

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

Bizim.Media xəbər verir ki, yığmamızı almaniyalı Riçard Trautman çalışdıracaq. Bu barədə Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında bildirilib. Trautman vəzifəsinin icrasına martın 1-də başlayacaq.

Kişilərdən ibarət yığmanın hazırkı baş məşqçisi Mövlud Mirəliyev isə yığmada böyük məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Riçard Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 53 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb.

Trautman həmin il ölkəsində yığmanın köməkçi məşqçisi olub. Baş məşqçi 2005 - 2008-ci illərdə yeniyetmələrdən ibarət komandaya, 2009 - 2016-cı illərdə gənclərdən ibarət yığmaya, 2016 - 2021-ci illərdə isə böyüklərdən ibarət milliyə rəhbərlik edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO