Braziliya millisinin ulduz hücumçusu Vinisius Junior komandanın məşqini buraxıb.
Bizim.Media xəbər verir ki, "Globo Esporte" nəşrinin məlumatına görə, təcrübəli futbolçunun Xorvatiyaya qarşı keçiriləcək növbəti yoldaşlıq görüşünü qaçırmaq riski var.
Bildirilir ki, Vinisius əvvəlcə idman zalında hazırlıq keçib, daha sonra isə müalicə kursuna cəlb olunaraq meydandakı kollektiv məşqlərə qatılmayıb.
Qeyd edək ki, Braziliya və Xorvatiya yığmaları arasındakı qarşılaşma aprelin 1-də keçiriləcək.
Daha öncə Braziliya millisi bu toplanış çərçivəsində əvvəlki oyunda Fransa millisinə 1:2 hesabı ilə məğlub olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:46 / 28.03.2026
Vinisius millinin matçını buraxa bilər
Hazırda oxunan: Vinisius millinin matçını buraxa bilər
Hazırda oxunan: Vinisius millinin matçını buraxa bilər
603800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































