FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

Hazırda oxunan: FİFA "Barselona"ya kompensasiya ÖDƏYƏCƏK

603771

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) hücumçu Rafinyanın zədəsi üçün "Barselona"ya kompensasiya ödəməli olacaq.

Bizim.Media xəbər verir ki, bu haqda "Mundo Deportivo" məlumat yayıb.

29 yaşlı futbolçunun sağalma müddəti Klub Müdafiəsi Proqramı çərçivəsində tələb olunan minimum 28 günü keçəcək.

Ötən gün Rafinyanın sağ bud əzələsindən zədə aldığını məlum olub. Onun ən az 5 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd olunub ki, əgər Rafinya beş həftədən sonra (28-29 aprel) meydana qayıtsa, Kataloniya klubu minimum 143.836 avro məbləğində kompensasiya alacaq.

Bu məbləğ bu 5 həftədən sonra hər gün artacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO