Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Hazırda oxunan: Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

603012

Futzal üzrə Azərbaycan Yüksək Liqasında iştirak edən "Şuşa" dağılmaq təhlükəsi ilə üz-üzədir.

Bizim.Media xəbər verir ki, maliyyə problemi yaşayan klubda artıq 3 aydır ki, maaşlar verilmir. 
 

Bu cür davam edəcəyi təqdirdə, futbolçu və məşqçi heyətinin oyunlara çıxmayacağı, klubun isə fəaliyyətini dayandıracağı ehtimal edilir. 


Bundan əvvəl isə yüksək liqada çıxış edən "Xan-Lənkəran" məhz maliyyə problemi yaşadığı üçün çempionatdan çəkilmiş, fəaliyyətini dayandırmışdı.

Əlavə edək ki, çempionatda iştirak edən U-19 yığması, "Araz-Naxçıvan", "Şuşa" və "Xan-Lənkəran"a maliyyə məhz Azərbaycan Futzal Federasiyası tərəfindən ayrılır. Liqada isə hazırda 5 komanda mübarizə aparır. Bunlar yuxarıda adını çəkdiyimiz klublardan savayı "Neftçi" və "Baku Fire"dır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO