Azərbaycan millisinin sabiq futbolçusu karyerasını bitirdi

Azərbaycan millisinin sabiq futbolçusu karyerasını bitirdi

Hazırda oxunan: Azərbaycan millisinin sabiq futbolçusu karyerasını bitirdi

60283

Hazırda "Səbail"də çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov karyerasını bitirmək qərarına gəlib. 

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları buna səbəb olub.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018/2019, 2019/2020, 2021/2022 mövsümündə "Səbail"in formasını geyinib.

Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

O, daha əvvəl "İnter", "Karvan", AZAL, "Rəvan" və "Kəpəz" klublarında da çıxış edib. Rəhimov Azərbaycan millisində 9 oyun keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO