“Real”da CİDDİ İTKİ

“Real”da CİDDİ İTKİ

Hazırda oxunan: “Real”da CİDDİ İTKİ

602309

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, "kral klubu"nun qapıçısı Tibo Kurtua sıradan çıxıb.

Belçikalı qolkiper UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab matçının fasiləsində əvəzlənib.
 

İspaniya mətbuatının yazdığına görə, 33 yaşlı qolkoper La Liqanın 29-cu turunun "Atletiko" ilə oyununda iştirak etməyəcək. Madrid derbisi 23 mart tarixində keçiriləcək.


Qeyd edək ki, Tibo Kurtua cari mövsümdə "Real"ın heyətində 41 rəsmi matçda meydana çıxıb və 39 qol buraxıb. O, 15 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO