“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Hazırda oxunan: “Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

602304

Tacikistan milli komandasının baş məşqçisi Qoran Stevanoviç 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək oyun üçün yığma komandanın heyətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, martın 23-də başlayacaq və Düşənbədə keçiriləcək milli komandanın təlim-məşq toplanışına "Turan Tovuz"un qapıçısı Oleq Baklov da dəvət alıb.
 

2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin A qrupunda Tacikistan və Filippin yığmaları arasında altıncı turun oyunu martın 31-də keçiriləcək.


"Turan Tovuz"un müdafiəçisi Roderik Miller Panama millisinə dəvət alıb. Futbolçu milli komandanın Cənubi Afrika Respublikasında keçirəcəyi təlim-məşq toplanışın iştirak edəcək.

Panama millisi 27 və 31 mart tarixlərində Cənubi Afrika Respublikası milli komandası ilə 2 yoxlama görüşü keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO