5 yaşlı oğlan ölkəsində ən gənc avtomobil yarışçısı oldu

5 yaşlı oğlan ölkəsində ən gənc avtomobil yarışçısı oldu

Hazırda oxunan: 5 yaşlı oğlan ölkəsində ən gənc avtomobil yarışçısı oldu

601126

Çində beş yaşlı Şao Cziyan rəsmi olaraq ölkə tarixində ən gənc avtomobil yarışçısı kimi tanınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Oddity Central yazıb.
 

Məlumata görə, uşaq avtomobil idarə etməyi hələ yeriməyi tam öyrənməmişdən əvvəl öyrənməyə başlayıb. Şao Cziyan Çin Avtomobil və Motosiklet İdmanı Federasiyasından yarışçı lisenziyası alıb.


O, ilk dəfə 1 yaşında sükan arxasına — avtomobil simulyatoruna əyləşib. 3 yaşında isə artıq real kartinq avtomobillərini idarə etməyə başlayıb.

Dörd yaşında Şao Çinin ralli-sprint çempionatında “Ümid ulduzu” mükafatına layiq görülüb.

2025-ci ildə isə gənc pilot artıq ralli yarışlarında iştirak edib və xüsusi modifikasiya olunmuş idman avtomobili idarə edib.
 

Onun uğurlarında atasının böyük rolu olduğu bildirilir. Atası oğlunun hazırlığı üçün təxminən 116 min dollar xərcləyib və yarışlarda onun şturmanı kimi çıxış edir.


Bununla belə, Şao ümumi istifadədə olan yollarda avtomobil idarə edə bilmir. Təhlükəsizlik qaydalarına uyğun olaraq onun yarış avtomobilləri start meydanına evakuatorla gətirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO