"Bavariya"nın ulduz futbolçusu Alfonso Devis karyerasını bitirə bilər.
Bizim.Media xəbər verir ki, "TopSkills Sports UK" nəşrinin yaydığı məlumata görə, 25 yaşlı kanadalı müdafiəçi Çempionlar Liqasının "Atalanta" ilə matçında (6:1) aldığı növbəti ağır zədədən sonra peşəkar futboldan getməyi ciddi şəkildə düşünür.
Bud nahiyəsindəki əzələ yırtığı səbəbindən sarsıntı keçirən futbolçunu Münhen klubu bu fikrindən daşındırmağa çalışır. Məlumata görə, əgər Devis qəti qərarını verərsə, "Bavariya" rəhbərliyi ona göstərdiyi sadiqliyə görə klub daxilində xüsusi vəzifə təklif etməyə hazırdır.
Qeyd edək ki, gənc yaşda karyerasını bitirmə təhlükəsi ilə üzləşən Alfonso Devis hazırda klubun tibbi heyətinin nəzarəti altındadır.
O, cari mövsümdə meydana çıxdığı 13 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
Bizim.Media































































































