Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi beynəlxalq yarışda 4 medal qazanıb.
Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib. 100 kiloqramdan artıq çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.
Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (66 kiloqram) qızıl, Vüsal Qələndərzadə (81 kiloqram) gümüş, Ömər Rəcəbli (81 kiloqram) isə bürünc medala yiyələnib.
Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən milli komanda 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.

Bizim.Media

- A-
- A
- A+
İdman
23:36 / 08.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı - FOTO
Hazırda oxunan: Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı - FOTO
Hazırda oxunan: Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı - FOTO
600437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































