Messi karyerasında 178-ci dubluna İMZA ATDI

Messi karyerasında 178-ci dubluna İMZA ATDI

Hazırda oxunan: Messi karyerasında 178-ci dubluna İMZA ATDI

599946

Dünya futbolunun canlı əfsanəsi Lionel Messi məhsuldarlığı ilə azarkeşləri heyran etməkdə davam edir.

Bizim.Media xəbər verir ki, 38 yaşlı hücumçu MLS-in yeni mövsümündə ilk qollarını "Orlando Siti" ilə matçda (4:2) dubl etməklə rəsmiləşdirib.
 

Bu, argentinalı ulduzun karyerasında sayca 178-ci dublu olub. Messinin dubllarının böyük hissəsini "Barselona"da (137) qeydə alıb. O, Argentina millisində 14, PSJ-də isə 5 dəfə bir oyunda iki qol vurmağa nail olub.


Hazırkı klubu "İnter Mayami"nin heyətinə üç ildən az müddət əvvəl qoşulmasına baxmayaraq Messi artıq 22-ci dəfə dubla imza atıb. Təcrübəli forvardın bütün peşəkar karyerası boyu vurduğu qolların ümumi sayı isə 898-ə çatıb.

Qeyd edək ki, Lionel Messinin 900 qolluq tarixi həddə çatmasına cəmi iki dəqiq zərbə qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO