“Bavariya”da Keyn ŞOKU

“Bavariya”da Keyn ŞOKU

Hazırda oxunan: “Bavariya”da Keyn ŞOKU

599924

"Bavariya" Almaniya Bundesliqasının 25-ci turu çərçivəsində doğma meydanda Münhenqladbax "Borussiya"sının qonağı olacaq.

Bizim.Media xəbər verir ki, Münhen təmsilçisi oyuna ciddi itki ilə çıxacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
 

Harri Keyn komandaya kömək edə bilməyəcək. İngiltərəli hücumçu baldır əzələsində olan zədə səbəbindən matçda iştirak etməyəcək.


Harri Keyn bu mövsüm komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 45 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Bavariya" - "Borussiya" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO