“İntriqa sonadək davam etdi” – Şahdağda Avropa çempionu olan idmançı

“İntriqa sonadək davam etdi” – Şahdağda Avropa çempionu olan idmançı

Hazırda oxunan: “İntriqa sonadək davam etdi” – Şahdağda Avropa çempionu olan idmançı

599664

İsveçrəni təmsil edən ski-alpinizm üzrə Avropa çempionu Marianna Fatton Azərbaycanda keçirilən yarışlarla bağlı təəssüratlarını bölüşüb.

Bizim.Media xəbər verir ki, idmançı yarışın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkür edib.

“İlk növbədə Azərbaycana isti qarşılanmaya görə təşəkkür etmək istəyirəm. Görünür ki, təşkilatçılar həm trasın hazırlanması, həm də ümumilikdə yarışın keçirilməsi üçün böyük iş görüblər”, – deyə o bildirib.

Fattonun sözlərinə görə, yarış marşrutu kifayət qədər çətin və texniki baxımdan tələbkar olub:

“Trasa baxanda onun kifayət qədər dik və texniki cəhətdən mürəkkəb olduğunu gördüm. Lakin Avropa çempionatı üçün bu tam uyğun səviyyədir”, – deyə idmançı qeyd edib.

O, həmçinin final yarışının gərgin keçdiyini vurğulayıb:

“Yarış çox maraqlı keçdi. Finala qədər Culiya Murado ilə mübarizə apardıq və son ana qədər qalibin kim olacağı bəlli deyildi. İntriqa sözün əsl mənasında sonadək davam etdi”, – deyə Avropa çempionu əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO