"Fənərbağça" müdafiə xəttini kolumbiyalı futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib.
Bizim.Media xəbər verir ki, klub gələn mövsüm İtaliyanın A Seriyası təmsilçisi "Bolonya"da çıxış edən Con Lukumini heyətinə qatmağı planlaşdırır.
Məlumata görə, 27 yaşlı futbolçunu transfer siyahısının ilk pilləsinə əlavə edən "sarı-lacivərdlilər" tezliklə rəsmi danışıqlara başlayacaq.
Qeyd edək ki, təcrübəli müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda meydana çıxıb və 1 qolla yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Xatırladaq ki, "Fənərbağça" yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan bir illik icarəyə götürdüyü və klub tarixinə ilk kolumbiyalı futbolçu kimi düşən Con Duranla qışda gözlənilmədən yollarını ayırıb.
Bizim.Media
































































































