İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 28-ci turu çərçivəsində "Mançester Yunayted" və "Kristal Pelas" komandaları arasında keçirilən oyun başa çatıb.
Bizim.Media xəbər verir ki, qarşılaşmada "qırmızı şeytanlar" 2:1 hesablı qələbə qazanıblar. Görüş Mançesterdə yerləşən "Old Trafford" stadionunda baş tutub. Oyunun baş hakimi Kris Kavanao olub.
Matçın 4-cü dəqiqəsində Maksans Lakrua qonaqları hesabda önə çıxarıb. Lakin o, 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Cəmi bir dəqiqə sonra - 57-ci dəqiqədə Bruno Fernandeş penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Qələbə qolunu isə 65-ci dəqiqədə Benyamin Şeşko vurub.
Bu nəticədən sonra "Mançester Yunayted" 51 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Kristal Pelas" isə 35 xalla 14-cü yerdədir.
Növbəti turda Mançester təmsilçisi martın 4-də "Nyukasl Yunayted"lə qarşılaşacaq. London klubu isə bir gün sonra "Tottenhem Hotspur"la üz-üzə gələcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:48 / 02.03.2026
"Mançester Yunayted" 3-cü pilləyə yüksəldi
Hazırda oxunan: "Mançester Yunayted" 3-cü pilləyə yüksəldi
Hazırda oxunan: "Mançester Yunayted" 3-cü pilləyə yüksəldi
599061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































