Kamilo Durandan “Qarabağ”a MÜJDƏ

Kamilo Durandan “Qarabağ”a MÜJDƏ

Hazırda oxunan: Kamilo Durandan “Qarabağ”a MÜJDƏ

598726

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab matçında sıradan çıxan futbolçusu Kamilo Duranın zədəsi cox ciddi deyil.


Bizim.Media xəbər verir ki, kolumbiyalı hücumçu bu gün artıq komandaya qoşulub. O, bu gün kollektivlə ümumi məşqdə iştirak edib.

Xatırladaq ki, Kamilo Duran "Nyukasl"la İngiltərədə keçirilən cavab matçının ikinci hissəsində zədələnərək oyunu davam etdirə bilməmişdi. Onun uzun müddətə sıradan çıxa biıəcəyi də ehtimal olunurdu.

24 yaşlı futbolçu cari mövsüm "Qarabağ"ın heyətində 31 matça çıxıb, 7 qol vurub və 4 qolun ötürməsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO