Böyük Dəbilqə: Azərbaycanın 6 cüdoçusu medal qazana bilər

Böyük Dəbilqə: Azərbaycanın 6 cüdoçusu medal qazana bilər

Hazırda oxunan: Böyük Dəbilqə: Azərbaycanın 6 cüdoçusu medal qazana bilər

594176

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə yarışının son günündə Azərbaycanın altı cüdoçusu mübarizə aparacaq.

81 kq çəki dərəcəsində iki idmançı yarışacaq.

1/32 finalda Elcan Hacıyev dominikanlı Medikson Del Obre Kortorreal, Zelim Tçkayev isə polşalı Pavel Drzmalı (Polşa) sınağa çəkəcək. Hacıyev cütün qalibi olsa, növbəti raundda Türkiyə təmsilçisi Vedat Albayrakla qarşılaşacaq.

90 kq-da yarışacaq Murad Fətiyevin 1/32 finalda rəqibi Aydar Arapov (Qazaxıstan) olacaq.

Zelim Kotsoyev (100 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, fransalı Sedrik Olivarla münasibətlərinə aydınlıq gətirəcək.

+100 kq çəkidə iki cüdoçu medal uğrunda çıxış edəcək. Camal Qamzatxanov 1/32 finalda Bubakar Mane (Qvineya-Bisau) ilə görüşəcək. Bu raunddan azad olan Uşangi Kokaurinin 1/16 finaldakı rəqibi Mark Desçenes (Kanada) - Voytsex Kordyalik (Polşa) cütlüyünün qalibi olacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO