Çempionlar Liqası meydanında 3 "Türk" 3 "ingilis"ə QARŞI

Çempionlar Liqası meydanında 3 "Türk" 3 "ingilis"ə QARŞI

Hazırda oxunan: Çempionlar Liqası meydanında 3 "Türk" 3 "ingilis"ə QARŞI

593002

UEFA Çempionlar Liqasının sonuncu turunda Avropa səhnəsində maraqlı bir mənzərə yaranıb.

Bizim.Media xəbər verir ki, bu turda üç Türk klubu üç ingilis klubuna qarşı mübarizə aparacaq.

"Arsenal" - "Kayrat" oyunu bir növ formal xarakter daşıyır. 1/8 finala vəsiqəni təmin edən "Arsenal" Çempionlar Liqasında heç bir iddiası qalmayan "Kayrat"la qarşılaşacaq. Bu oyunda "Arsenal" favorit hesab olunsa da, "Kayrat"ın da Avropaya "biz də buradayıq" demək şansı var.

"Mançester Siti" - "Qalatasaray" oyunu isə daha çox mübarizə şəraitində keçəcək. Pep Qvardiolanın tələbələri pley-off mərhələsinə vəsiqəni təmin etsələr də, birbaşa 1/8 finala vəsiqə üçün mübarizə aparacaqlar. Türkiyə təmsilçisi isə pley-off şanslarının yüksək olmasına baxmayaraq, xal qazanıb məsələni digər oyunların taleyinə buraxmaq istəməyəcək.

Son olaraq "Liverpul" öz meydanında təmsilçimiz "Qarabağ"ı qəbul edəcək. "Liverpul"un səkkizlikdə qalması, "Qarabağ"ın isə pley-offu təmin etməsi üçün xala ehtiyacı var.

Bu qarşılaşmaların gözəlliyi həm də ondadır ki, futbol həmişə favoritləri sevmir. Bəzən tarix yazmaq üçün, sadəcə, inandığın 90 dəqiqə kifayətdir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO