Dortmund "Borussiya"sı müdafiəçi Aaron Anselminonun icarə müddəti başa çatmadan "Çelsi"yə qayıtdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, London təmsilçisi müqavilədə nəzərdə tutulan geri çağırma bəndini aktivləşdirib.
Xatırladaq ki, Anselmino Almaniya klubuna ötən ilin yayında qoşulmuşdu. İcarə müddətində 20 yaşlı müdafiəçi klubun heyətində 10 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

































































































