Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Hazırda oxunan: Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

591465

"İnter Mayami" klubunun sahibi Xorxe Mas komandanın Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən materik ölkələrinin ən yaxşı klubları arasında keçirilən Libertadores Kubokunda iştirak etməyi planlaşdırdığını açıqlayıb.

Bizim.Media bu barədə "TyC Sports"a istinadən xəbər verir.

"Mən CONMEBOL və təşkilatın prezidenti Alexandro Domingez ilə Libertadores Kubokunda iştirak etmək ehtimalı ilə bağlı danışıqlar aparmışam.
 

Presedent var. Meksika klubları artıq turnirdə oynayıblar. Mən Libertadores Kubokunda oynamaq istərdim. Bunu açıq şəkildə demişəm və deməyə davam edəcəyəm.


Bu barədə MLS-də danışmışam. İnanıram ki, MLS çempionları bu yerə layiqdirlər. Bu, Şimali Amerika və Meksika klublarının iştirakı ilə Amerikada milli miqyasda futbolu inkişaf etdirməyə davam etmək üçün yaxşı bir yoldur və rəqabət daha yaxşı olacaq", - Xorxe Mas bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO