“Turan Tovuz”da ingiltərəli futbolçu

“Turan Tovuz”da ingiltərəli futbolçu

Hazırda oxunan: “Turan Tovuz”da ingiltərəli futbolçu

591372

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" daha bir futbolçunu baxışa dəvət edib.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev Coş Ginnellini sınaqdan keçirir.

Ötən mövsümü İngiltərə Çempionşipdə mübarizə aparan “Suonsi”də keçirmiş 28 yaşlı ingilis Berdiyevin etimadını qazanmağa çalışacaq.

O, həm sağ, həm də sol vinger kimi, üstəlik mərkəz hücumçusu mövqeyində də oynamağı bacarır.

Coş karyerası ərzində “Uolsoll”, “Linkoln”, “Preston”, “Bristol Rovers”, “Harts” kimi komandalarda oynayıb. Onunla müqavilə imzalanıb-imzalanmayacağı Berdiyevin verəcəyi qərardan asılı olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO