“Barselona” sabiq futbolçusunu geri qaytardı

“Barselona” sabiq futbolçusunu geri qaytardı

Hazırda oxunan: “Barselona” sabiq futbolçusunu geri qaytardı

590614

"Barselona" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, İspaniya çempionu "Əl-Hilal"dan Joao Kanselonu sıralarına qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyaalı futbolçu mövsümün ikinci yarısında "blauqrana"nın formasını geyinəcək.
 

"Barselona" 31 yaşlı sağ cinah müdafiəçisi üçün Səudiyyə Ərəbistanı klubuna 4 milyon avro icarə haqqı ödəyəcək.


Qeyd edək ki, Joao Kanselo bu mövsüm "Əl-Hilal"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliya millisinin üzvü 2023/2024 mövsümündə də icarə əsasında "Barselona"da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO