"Qarabağ"ın istedadlı futbolçusu Emanuel Addai karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Bizim.Media sport24.az-a istinadən xəbər verir ki, 24 yaşlı qanalı hücumçunun yay transfer pəncərəsində "Konyaspor"a keçmək ehtimalı yüksəkdir.
Məlumata görə, Addai menecerləri vasitəsilə artıq Türkiyə Superliqasının tanınmış klubuna təklif edilib. Futbolçunun "Qarabağ"la müqaviləsinin bu mövsüm sonunda başa çatması "Konyaspor" rəhbərliyinin danışıqlar zamanı əlini gücləndirən əsas amillərdən biridir. Bu, Konya təmsilçisinə transfer məbləğinə qənaət edərək futbolçunu azad agent statusunda heyətinə qata bilmək imkanı yaradır.
Əgər bu keçid reallaşarsa, Emanuel Addai "Qarabağ"dan "Konyaspor"a transfer edilən ilk oyunçu olmayacaq. Cari ildə malili yarımmüdafiəçi Hamidu Keyta Ağdam klubundan ayrılaraq Türkiyə təmsilçisinə qoşulmuşdu. Keyta "Qarabağ"la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra "Konyaspor"la müqavilə imzalamışdı.
Xatırladaq ki, Emanuel Addai 2024-cü ilin yayında "Qarabağ"a transfer olunub və qısa müddətdə komandanın hücum xəttində özünəməxsus yer tutmağı bacarıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:11 / 13.01.2026
"Konyaspor" "Qarabağ"ın hücumçusu Emanuel Addaini transfer edəcək?
Hazırda oxunan: "Konyaspor" "Qarabağ"ın hücumçusu Emanuel Addaini transfer edəcək?
Hazırda oxunan: "Konyaspor" "Qarabağ"ın hücumçusu Emanuel Addaini transfer edəcək?
590528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































