“Neftçi”nin yeni baş məşqçisi Ukraynanı necə tərk edib? – ÖZÜ AÇIQLADI

“Neftçi”nin yeni baş məşqçisi Ukraynanı necə tərk edib? – ÖZÜ AÇIQLADI

Hazırda oxunan: “Neftçi”nin yeni baş məşqçisi Ukraynanı necə tərk edib? – ÖZÜ AÇIQLADI

584974

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub Ukayna mətbuatına müsahibə verib.

Bizim.Media xəbər verir ki, jurnalistin suallarını cavablandıran 59 yaşlı mütəxəssis Azərbaycan klubuna keçidini dəyərləndirib.

“Neftçi” ilə 1,5 illik müqavilə imzalayan Vernidub Ukraynadan çıxmaq üçün xüsusi icazə aldığını söyləyib.

– “Neftçi”yə keçidiniz bir çoxları üçün gözlənilməz oldu. Bu komanda haqqında nə deyə bilərsiniz?

– Hazırda heç nə deyə bilmərəm, çünki işə tam baş vurmalıyam. Məşqçi bir günün içində, komandayla yeni tanış olduğu halda nə deyə bilər? Əvvəlcə işləmək, baxmaq, öyrənmək lazımdır, sonra nəticə çıxarmaq olar. Heç olmasa 10 gün keçsin, onda nəsə demək mümkün olacaq. İndi danışılacaq heç nə yoxdur. Bilirsiniz ki, müqavilə imzalamışam. Ya 60 yaşım tamam olanda xaricə çıxmalı idim, ya da xüsusi icazə ilə. İcazəni aldım. Hazırda tam işə fokuslanmışam: baxırıq, öyrənirik, analiz edirik. Hər şeyi zaman göstərəcək.

– Bu icazə barədə bir az ətraflı məlumat verə bilərsiniz?

– Müqavilə bitənədək ölkədən çıxış üçün icazə aldım. Sonra mütləq qayıtmalıyam. Bunu da edəcəyəm. Əgər daha tez olarsa, onda həmin vaxt qayıdacağam. İcazə yuxarı səviyyədə verildi. Başqa kim belə icazə verə bilər?

– Bəs bu icazəni kim verdi?

– Açığı, bilmirəm. Bildiyim odur ki, sənəddə mənim və köməkçilərimin soyadı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO