UEFA-nın İntizam Komitəsi "Fənərbağça"nın hücumçusu Con Duranı cəzalandırıb.
Bizim.Media xəbər verir ki, ali futbol qurumu kolumbiyalı futbolçunu Avropa Liqa Liqa mərhələsinin 5-ci turunun "Ferentsvaroş"la matçında aldığı qırmızı vərəqəyə görə diskvalifikasiya edib.
Duran qarşılaşmanın 90+1-ci dəqiqəsində rəqibini vurduğu üçün "qırmızı" görüb. UEFA 21 yaşlı forvarda 2 oyunluq cəza verib.
Qeyd edək ki, "Fənərbağça" Con Duranı mövsümün əvvəlində "Əl-Nəsr"dən icarəyə götürüb. Kolumbiya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:07 / 05.12.2025
UEFA “Fənərbağça”nın futbolçusunu CƏZALANDIRDI
Hazırda oxunan: UEFA “Fənərbağça”nın futbolçusunu CƏZALANDIRDI
Hazırda oxunan: UEFA “Fənərbağça”nın futbolçusunu CƏZALANDIRDI
584074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































