“Fənərbağça” və “Beşiktaş” kubok oyununa itkilərlə çıxacaq

“Fənərbağça” və “Beşiktaş” kubok oyununa itkilərlə çıxacaq

Hazırda oxunan: “Fənərbağça” və “Beşiktaş” kubok oyununa itkilərlə çıxacaq

584059

Türkiyə kubokunda qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, “Fənərbağça” və “Beşiktaş” klubları C qrupunda yer alıb. İstanbul nəhəngləri elə ilk turdaca bir-birlərinə rəqib olublar.

Türkiyə mətbuatının məlumatına görə, dekabrın 23-25-i aralığında "Kadıköy"də baş tutacaq derbi hər iki komanda üçün ciddi itkiləri ilə əlamətdar olacaq.

“Fənərbağça”da En-Nesyri və Nene Dorqeles Afrika Millətlər Kubokunda iştirak edəcəkləri üçün, Fred isə ötən mövsüm "Qalatasaray"la kubok oyununda aldığı cəza səbəbindən derbini buraxacaq. Bundan əlavə, dekabrın 5-də mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılan və əvvəlki mövsümdən cəzası olan Mert Hakan Yandaş da komandasına kömək edə bilməyəcək.
“Beşiktaş”da isə Afrika Millətlər Kubokuna yollanacaq Vilfred Ndidi və El Bilal Ture bu vacib qarşılaşmada iştirak etməyəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO