"Qarabağ"ın sabiq futbolçusu Braziliya çempionu oldu

"Qarabağ"ın sabiq futbolçusu Braziliya çempionu oldu

Hazırda oxunan: "Qarabağ"ın sabiq futbolçusu Braziliya çempionu oldu

583776

Futbol üzrə Braziliya A Seriyasının qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, "Flamenqo" sona bir tur qalmış çempionluğu təmin edib.

Komanda buna XXXVII turda öz meydanında "Seara"nı 1:0 hesabı ilə məğlub etməklə nail olub. Yeganə qolu 37-ci dəqiqədə Samuel Lino vurub. Bu qələbədən sonra xallarını 78-ə çatdıran "Flamenqo" ən yaxın izləyicisi "Palmeyras"ı 5 xal qabaqlayır.

Qeyd edək ki, hazırda "Flamenqo"nun heyətində "Qarabağ"ın sabiq futbolçusu Juninyo da çıxış edir. Braziliyalı hücumçu bu ilin yanvar ayında ölkəsinin komandasına keçib. “Flamenqo” bir neçə gün öncə Libertadores Kubokunun da qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO