“Barselona”da ciddi İTKİ

“Barselona”da ciddi İTKİ

Hazırda oxunan: “Barselona”da ciddi İTKİ

583655

“Barselona” Daniel Olmonun zədə ilə bağlı hansı müddətə sıradan çıxdığını açıqlayıb.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan futbolçunun çiyni çıxdığı səbəbindən təxminən üç həftə oynaya bilməyəcək.

Olmo İspaniya La Liqasının 19-cu turunda "Atletiko”ya(Madrid) qarşı (3:1) matçında zədələnib və 66-cı dəqiqədə əvəzlənib. O, həmin görüşdə qələbə qolunu vurmağa çalışarkən çiynindən zədələnib.
 

İspaniyalı zərbədən sonra yöndəmsiz yerə yıxılıb və oyunu davam etdirə bilməyib. Olmo, çox güman ki, La Liqada "Betis", Çempionlar Liqasında isə "Ayntraxt"a(Frankfurt) qarşı matçını buraxacaq.


Bu mövsüm Olmo bütün turnirlərdə "Barselona"da 17 oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO