Misli Premyer Liqasında 13-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ilk günün sonuncu oyunu “Turan Tovuz”la “Neftçi” arasında olub.
Baş məşqçisiz qalmış “ağ-qaralar” çətin səfərdən xalla qayıtmağa çalışıb. Qarşılaşma qolsuz yekunlaşıb.
Daha öncə “Kəpəz” “Zirə”yə 0:2 hesabıyla uduzub. “İmişli” – ”Sabah” və “Qarabağ” – “Karvan-Yevlax” oyunları 29 noyabrda, “Şamaxı” – “Sumqayıt” və “Qəbələ” – “Araz-Naxçıvan” oyunları isə 30 noyabrda keçiriləcək.
Misli Premyer Liqası
13-cü tur
28 noyabr
“Turan Tovuz” – “Neftçi” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
Tovuz şəhər stadionu, 18:30.
Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.
Neftçi: 13. Kenan Piriç (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:37 / 28.11.2025
Tovuzda hesab AÇILMADI
Hazırda oxunan: Tovuzda hesab AÇILMADI
Hazırda oxunan: Tovuzda hesab AÇILMADI
582940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































