Türkiyənin “Serik Belediyespor” klubu baş məşqçi Sergey Yuranla yollarını ayıra bilər.
Bizim.Media “Sport Baza”ya istinadla xəbər verir ki, rusiyalı mütəxəssis I Liqa təmsilçisində vəziyyətini yaxşılaşdıra bilməsə, istefaya göndərilə bilər.
Yuran iyulun əvvəlində “Serik Belediyespor”un “sükanı arxası”na keçib. Komanda doqquz turdan sonra 10-cu yerdədir. Yurana altı həftə ərzində ilk yeddiliyə daxil olmaq tapşırılıb.
Mənbənin məlumatına görə, “Serik Belediyespor”un futbolçuları maaş borclarından şikayətlənir. Bundan başqa, türk və rus oyunçular arasında münaqişələr var.
Qeyd edək ki, “Serik Belediyespor”un sahibi azərbaycanlı iş adamı Tufan Sadıqovdur. O, daha əvvəl Rusiyanın “Ximki” klubuna da sahiblik edib. Lakin Premyer Liqa təmsilçisi maliyyə böhranına görə fəaliyyətini dayandırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
16:46 / 14.10.2025
Azərbaycanlı iş adamının komandası baş məşqçisini istefaya GÖNDƏRİR
Hazırda oxunan: Azərbaycanlı iş adamının komandası baş məşqçisini istefaya GÖNDƏRİR
Hazırda oxunan: Azərbaycanlı iş adamının komandası baş məşqçisini istefaya GÖNDƏRİR
575261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.