Mahir Emreli

Mahir Emreli "Legiya"nı məhkəməyə verdi - Məvacibini ala bilmir

Hazırda oxunan: Mahir Emreli "Legiya"nı məhkəməyə verdi - Məvacibini ala bilmir

54719

Azərbaycanlı futbolçu Mahir Emreli çıxış etdiyi Polşanın "Legiya" klubunu məhkəməyə verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, millimizin üzvü "Legiya"dan həm məvacibinin qalan hissəsini, həm də müqaviləsinə xitam verilməsini tələb edib.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.

ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını, "Legiya"da çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO