Türkiyə Superkubokunun finalında 2011-ci ildə keçirilməli olan və təxirə salınan “Beşiktaş” – “Fənərbağça” matçı Bakıda oynanıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin tanınmış jurnalisti Ertem Şener açıqlama verib.
O, sözügedən qarşılaşmanın Bakı Olimpiya Stadionunda təşkil olunacağını yazıb.
Qeyd edək ki, 2011-ci ildə oyunun təxirə salınmasına səbəb "Fənərbağça" rəsmilərinin adlarının danışılmış matçlarda hallanması olub. "Fənərbağça" həmin il oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Superkuboku uğrunda matçın təşkilini tələb edib. İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.
Bizim.Media