İspaniyanın "Real Madrid", "Barselona" və Rusiyanın "Anji" klublarının keçmiş hücumçusu Samuel Eto'O Kamerun Futbol Federasiyasının prezidenti seçilib.
Bizim.Media-nın məlumatına görə, bu barədə Federasiyanın mətbuat xidməti bildirib.
S.Eto'O karyerasını 40 yaşında bitirib. Onun sonuncu klubu Qətərin "Qətər SK" komandası olub.
O, üç dəfə İspaniya çempionu və Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya və İtaliya kuboklarının, İspaniya Superkubokunun qalibi olub. Futbolçu bir dəfə İtaliya çempionluğunu, İtaliya Superkubokunu və klublararası dünya çempionluğunu qazanıb.
Kamerun millisinin heyətində o 118 oyun keçirib və 56 qol vurub ki, bu da milli komandanın tarixində ən yaxşı göstəricidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:29 / 12.12.2021
\"Barselona\"nın sabiq futbolçusu federasiya prezidenti seçildi
Hazırda oxunan: \"Barselona\"nın sabiq futbolçusu federasiya prezidenti seçildi
Hazırda oxunan: \"Barselona\"nın sabiq futbolçusu federasiya prezidenti seçildi
50313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.