Azərbaycanın kişi karateçiləri dünya çempionatında medal qazandı

Azərbaycanın kişi karateçiləri dünya çempionatında medal qazandı

Hazırda oxunan: Azərbaycanın kişi karateçiləri dünya çempionatında medal qazandı

47019

Azərbaycanın kişilərdən ibarət karate yığma komandası Dubayda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, bürünc uğrunda görüşdə yığmamız Özbəkistanı məğlub edib - 3:2. Buna qədər idmançılarımız Xorvatiya, Hindistan və Yaponiyaya qalib gəlsə də, Serbiyaya məğlub olub.

Ardınca təpkilər şəbəkəsində Şimali Makedoniyaya qalib gələn Azərbaycan millisi bu gün bürünc görüşdə Özbəkistan üzərində qələbə qazanıb.

Xatırladaq ki, dünən İrina Zaretskaya (68 kq) karyerasında ikinci dəfə dünya çempionu, Asiman Qurbanlı (84 kq-dan yuxarı) isə bürünc medal qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO