Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu – Zəfər Gününə ən yaxşı HƏDİYYƏ

Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu – Zəfər Gününə ən yaxşı HƏDİYYƏ

Hazırda oxunan: Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu – Zəfər Gününə ən yaxşı HƏDİYYƏ

45088

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 2017-ci ildən keçirilən bu yarışda Azərbaycan güləşi rekord nəticəyə imza atıb. Belə ki, bundan öncəki 3 DÇ-də (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 


Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub. Ölkəmiz yalnız Rusiya və Ukraynadan geri qalıb.



Xatırladaq ki, yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadəylə (55 kq) Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadəylə (57 kq) Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medalı boynundan asıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO