"Zəfər turu" 2 oyunla başlayacaq

Hazırda oxunan: "Zəfər turu" 2 oyunla başlayacaq

44846

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək. 

Bizim.Media-nın məlumatına görə, "Zəfər turu" 2 qarşılaşma ilə başlayacaq.

Günün ilk matçında "Sabah" yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında "Zirə"ni qəbul edəcək. Oyun 15:00-da başlayacaq. Ardıcıl 2 turdur qələbə qazanan meydan sahibləri hazırda 7 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. 15 xalı olan "Zirə" isə 4-cüdür.
 

MÖVZU İLƏ BAĞLI:

“Zəfər turu”nun oyun cədvəli açıqlandı


“Sabah” son 3 oyunda rəqibinə uduzmayıb. “Qartallar” isə bütün səfər matçlarında qol vurub.

Digər qarşılaşmada 17 xalla 2-ci sırada yer alan "Neftçi" 7 xalla 7-ci yerdə gedən "Keşlə"nin qonağı olacaq.

“Keşlə” son 6 oyunda rəqibinə məğlub olub. “Neftçi” isə ardıcıl 3 matçda üç qol vurub. Qarşılaşma 19:00-da start götürəcək.

Qeyd edək ki, tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO