Premyer Liqa: II dövrəyə 2 oyunla start verilir

Premyer Liqa: II dövrəyə 2 oyunla start verilir

Hazırda oxunan: Premyer Liqa: II dövrəyə 2 oyunla start verilir

0:00
0:00
42842

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.

Bizim.Media-nın məlumatına görə, VIII turun ilk oyun günündə 2 qarşılaşma gerçəkləşəcək.

Açılış matçında "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gələcəklər. Hazırda paytaxt klubu 1 xalla sonuncu, "gənclik şəhəri" təmsilçisi isə 8 xalla 5-cidir.

“Bank Respublika Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Günün növbəti oyunu "Bakcell Arena"da gerçəkləşəcək. 14 xalla 2-ci pillədə qərarlaşan "Neftçi" özündən 2 xal az toplayan və 4-cü sırada yer alan "Zirə"ni qəbul edəcək. “Neftçi” son iki oyunda qalib gəlib. “Zirə” isə son üç səfər görüşündə qol vurmayıb. Bu qarşılaşmanın start fiti saat 18:15-də çalınacaq.

Qeyd edək ki, turun digər 2 oyunu oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, "Qəbələ" səfərdə "Keşlə" ilə, "Qarabağ" isə "Səbail" ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO