"Qarabağ" məğlubedilməzlər sırasında – İlk “10-luq” 

Hazırda oxunan: "Qarabağ" məğlubedilməzlər sırasında – İlk “10-luq” 

42751

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir. 

Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, aktivində 2 qələbə və 1 heç-heçə olan Ağdam təmsilçisi yalnız Belçika "Gent"indən geri qalır.  

Sözügedən kollektiv B qrupunda keçirdiyi 3 görüşün hamısından qələbə ilə ayrılıb. 
 

Siyahıda "Qarabağ" və "Gent"lə yanaşı, Avstriyanın LASK, İsveçrənin "Bazel", Norveçin "Budyo Qlimt", İsrailin "Makkabi" (Təl-Əviv), Fransanın "Lill", Yunanıstanın PAOK, Niderlandın "Feyenoord" və AZ klubları da var. 


Qeyd edək ki, "Qarabağ" ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO